İran 13 ssenarilik “intiqam planı” hazırlayıb

İran 13 ssenarilik “intiqam planı” hazırlayıb Rəsmi Tehran Vaşinqtonla bağlı 13 ssenarilik “intiqam planı” hazırlayıb.
Bu barədə İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bildirib.
“Hazırlanan ssenarilərin ən kiçikləri də Amerika üçün kabusa çevriləcək”, - deyə Şamxani vurğulayıb.
Qeyd edək ki, İran parlamenti yanvarın 7-də Pentaqon və ABŞ ordusunu terror təşkilatları ilə bərabərləşdirən qanun layihəsini yekdilliklə qəbul edib. Sənədlə, həmçinin Milli İnkişaf Fondundan İran ordusunun elit hissəsinə - “Qüds” xüsusi təyinatlılarına 200 milyon avro ayrılması təsdiqlənib.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Tehsil-press.az


Oxşar xəbərlər