Nazirlik iş elanı verdi

Nazirlik iş elanı verdi Kənd Təsərrüfatı Nazirliyi 435 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib.
Yanvarın 13-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.
Müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 11-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.
Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.
Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=350&DoKod=208&fbclid=IwAR3VQw5BjQLA7tqqSSk0asUSWcGcezzhbiNnX2PxCMUMI3HcAVUM1FYoYyk
http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=349&DoKod=208&fbclid=IwAR191OGGXenq8fx7NG9R0yWU5V6oRQF2Kb0az1wus7QYuxzFcwGHae_2_q0

Tehsil-press.az

Oxşar xəbərlər