
Nazirlikdən Tehsil-press.az-a verilən məlumata görə, aqronom, baytar feldşeri, baytar həkimi, laborant və traktorçu vakant yerləri üzrə işçiyə ehtiyac var.
Bildirilir ki, bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edə bilərlər.
Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat arasında dəyişir.
Tehsil-press.az