Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin və Ədəbiyyat İnstitutunun Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “20 Yanvar – yaddaşlarda əbədiləşən tarix və müasir çağırışlar” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin 20 Yanvar faciəsinin otuzuncu ildönümünün qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq elmi müəssisədə anım tədbirinin keçirilməsini şəhidlərin xatirəsinə ehtiram kimi səciyyələndirib. Akademik Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiyaşarlığına inandığını və alimlərin də bu yöndə üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldiklərini vurğulayıb.
Sonra Ədəbiyyat İnstitutunun Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova “20 Yanvar - yaddaşda əbədiləşən tarix”, Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli “20 Yanvar cinayəti – tarixin daha bir ibrət dərsi”, Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi “Milli azadlıq mücahidi Ülvi Bünyadzadə” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə 20 nömrəli məktəbin 9-cu sinif şagirdi Fatimə Şammədzadə Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini səsləndirib. Həmçinin 20 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdi Etibar Məmmədov və 7-ci sinif şagirdi Elcan Həsənov “Vətən sağ olsun” kompozisiyasını nümayiş etdiriblər.
Tehsil-press.az