
İlkin mərhələdə institutun 50-dən artıq əməkdaşı dərslərə başlayıb. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə təsis edilən kurslar böyük maraqla qarşılanıb.
Kurslar iki qrup üzrə həftədə iki dəfə olmaqla keçirilir. Kursların müəllimləri ingilis dilinin tədrisi metodikası üzrə yüksək təcrübəsi olan filologiya üzrə fəlsəfə doktoru Şəhla Qurbanova və Şəfa Əliyevadır.
Tehsil-press.az