Ərdoğan koronavirusdan necə qorunduğunu açıqladı

Ərdoğan koronavirusdan necə qorunduğunu açıqladı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Ərdoğan jurnalistlərdən birinin “Koronavirusa qarşı xüsusi tədbir görürsünüzmü” sualına belə cavab verib:
“Mənim bir tövsiyəm var. Bunu həkimlər də deyir. Özünüzü soyuğa verməyin. Hərarətə diqqət edin. Bunlar, əlbəttə, ilk göstəricilərdir. Hər şeydən əvvəl özünüzə inanın. Qidalarınıza fikir verin. Xüsusi tədbir deyəndə, inanın, belə bir tədbirim yoxdur. Bədəni güclü saxlamalıyıq. Bəzi dostlarımız sağ olsun, ara-sıra tut bəhməzi göndərirlər. Mən də hər səhər bir qaşıq tut bəhməzi içirəm. Çünki qan yaradır”.

Tehsil-press.az

Oxşar xəbərlər