“Ortada ssenari var” - Ərdoğan

“Ortada ssenari var” - Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxışı zamanı aprelin 23-də TBMM-də yaşananlardan narahat olduğunu bildirib.
Ərdoğan ortada ssenarinin olduğunu qeyd edib:
“Öz xəstə siyasətlərindən bizim milli bayramımızı zəhərləmək üçün istifadə edənləri şiddətlə qınayıram. Ümumi toplantıda baş verənlər həqiqətən fəlakətdir”.
CHP lideri Kamal Kılıçdaroğluna “namizəd ol” çağırışı edən Ərdoğan 15 millət vəkilinin CHP-dən “İYİ” Partiyaya keçməsi prosesinə “Ortada qəribə bir ssenari var. Həftə sonuna qədər bu ssenari necə oynanılacaq, görəcəyik”,- deyə bildirib.
Ərdoğan ölkənin keçmış prezidenti Abdullah Gülün namizəd olacağı ilə bağlı sualları da cavablandırıb:
“5 mayda hamımız meydanda olacağıq. Ondan sonra meydanlarda kimin olacağını görəcəyik. Bizim belə bir problemimiz yoxdur”.

Tehsil-press.az

Oxşar xəbərlər