BDU-dan çinli tələbə ilə bağlı növbəti açıqlama

BDU-dan çinli tələbə ilə bağlı növbəti açıqlama Bakı Dövlət Universitetinin Tarix fakültəsinin III kurs tələbəsi Çin Xalq Respublikası vətəndaşı Liu Yousha bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdən evə buraxılıb.
Aparılan tibbi müayinələr əsasında tələbənin orqanizmində təhlükəli virusun olmadığı öz təsdiqini tapıb və ona səhhətində heç bir problemin aşkarlanmadığına dair arayış təqdim edilib.
Xatırladaq ki, 19 yanvar 2020-ci il tarixində Çindən Bakıya qayıdan Liu Yousha Universitet rəhbərliyinin təşəbbüsü ilə zəruri müayinələrdən keçmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib və tələbə 14 günlük karantin dövrünü həkim nəzarəti altında başa vurub. Hazırda Liu Youshanın tədris prosesinə qatılması Universitet rəhbərliyi tərəfindən tam təmin olunub.
Qeyd edək ki, cari tədris ilində BDU-da Çin və ona sərhəd ölkələrdən 30-a yaxın tələbə təhsil alır və onlar sağlamlıqlarını qorumaq məqsədilə tətil müddətində Çinə getməyəcəkləri barədə məlumat veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər