
Belə ki, içərisi sərnişinlə dolu 160 saylı marşurut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.
Ölən və yaralananlar var.
***
Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Qəza nəticəsində 1 nəfər həlak olub, yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
***
Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı məlumat verib. Məlumatda bildirilir ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Agentliyin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
***
Son məlumata görə, hadisə nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan 7-si qadın, 10-u kişi, 3-ü isə uşaqdır.
***
Əldə etdiyimiz məlumata görə, yaralılardan 2-si 1 saylı Kliniki Xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.
***
Səhiyyə Nazirliyindən verilən son məlumata görə, qəzada yaralananların sayı 27-yə çatıb.
***
Səhiyyə Nazirliyinin məlumatına görə, yaralı sayı 34-ə yüksəlib. Onlardan 27-si təcili tibbi yardım maşınları ilə, 7-si isə özü xəstəxanaya müraciət edib. Yaralılardan 3-ü 1 Saylı Şəhər Kliniki Xəstəxanasına, 2-si Travmotologiya İnstitutuna, qalanları isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Əksəriyyətinin vəziyyəti ağırdır.
***
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova yaralılardan 7-nin vəziyyətinin ağır olduğunu qeyd edib.
***
3 saylı Şəhər Kliniki Xəstəxanadan bildirilib ki, 3 nəfər hazırda reanimasiyadadır: "Xəstəxanaya gətirilən xəstələrdən 11-i kişi, 11-i qadın, 5-i isə uşaqdır".
Hazırda yaralıların böyük əksəriyyəti əməliyyata alınıb.