
Gündəlik 540 min barrel xam neft, 87 min barrel kondensat, 22,3 min barrel neft məhsulları ixrac edilib.
Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barrel artırılaraq 27 min barrel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.
Tehsil-press.az