OPEK-in Azərbaycan nefti ilə bağlı PROQNOZU

OPEK-in Azərbaycan nefti ilə bağlı PROQNOZU OPEK Azərbaycanda 2017-ci il üçün neft hasilatının sutkada 60 min barrel azalacağını proqnozlaşdırıb.
Təhsil-press.az-ın məlumatına görə, bu qurumun neft bazarı üzrə hesabatından məlum olub.
Hesabatda qeyd olunur ki, bu il ölkədə neft hasilatı sutkada 0,78 milyon barrel təşkil edəcək.
2017-ci ilin aprel ayında ölkədə aylıq hesabla neft hasilatı 40 min barrel artaraq 0,8 milyon barrelə çatıb. İllik hesabla isə neft hasilatında 80 min barrel azalma müşahidə olunub.

Təhsil-press.az

Oxşar xəbərlər