Yol qəzası baş verib: ölən və yaralılar var

Yol qəzası baş verib: ölən və yaralılar var Hindistanın Uttar Pradeş şəhərində baş verən yol qəzasında ən az 14 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Bu barədə "Sinxua" agentliyi yerli polisə istinadən bildirib.
Hadisə fevralın 12-i axşam saatlarında magistral yolda baş verib. Qəzaya səbəb sərnişin avtobusunun yük maşını ilə toqquşması olub.
Əlavə məlumat verilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər