Bakı Dövlət Universitetinin tələbələri AMEA-nın Fiziologiya İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin tələbələri AMEA-nın Fiziologiya İnstitutunda təcrübə keçirlər Bakı Dövlət Universitetinin biologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda biologiya ixtisası üzrə təcrübə keçirlər.
Tələbələr istehsalat təcrübəsində dünya praktikasında tətbiq olunan metodlar haqqında məlumat alırlar. Onlar laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olurlar.
Eyni zamanda, tələbələr institutun elmi seminarlarında iştirak edərək tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərə yiyələnirlər.
İstehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər