
Tələbələrin ixtisas üzrə təcrübə keçmələrinin məqsədi ali məktəbdə aldıqları nəzəri biliklərin möhkəmləndirilməsi, yeni texnologiyalarla, elmi-tədqiqat üsulları ilə tanışlıq və onların mənimsəmənilməsi, eyni zamanda, istedadlı tələbələrin gələcəkdə institutun magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb olunmasıdır.
Tələbələrin təcrübə müddətində laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olmaları və bu proseslərdə iştirakı üçün hər cür şərait yaradılıb. Bundan başqa, tələbələr institutdakı müasir cihaz və avadanlığın iş prinsipi ilə tanış olacaq, ölçmələrdə iştirak edəcək və bununla da onlarda elmi-tədqiqat işlərini sərbəst yerinə yetirmə vərdişlərinin əsası qoyulacaq.
Tehsil-press.az