BDU-da elmi işlərin yazılma qaydaları haqqında məlumat verilib

BDU-da elmi işlərin yazılma qaydaları haqqında məlumat verilib Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Elmi işlərin yazılma qaydaları” adlı elmi-praktik seminar keçirilib.
Seminarda elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə, TEC-in elmi rəhbəri Gülnar Axundova və TEC-in sədri Məleykə Mirzəli məruzə ilə çıxış ediblər.
Mehriban Əlizadə yeni texnologiyaların ali təhsildə tətbiqi, təhsilin keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu və əhəmiyyətindən danışıb. O, elm və təhsilin vəhdətinin yeni tələblərə uyğun istiqamətdə aparılmasında innovasiyanı mühüm faktor kimi qiymətləndirib.
M.Əlizadə dissertasiya və buraxılış işlərinin yazılma qaydalarından, gənc tədqiqatçıların qarşısında dayanan vəzifələrdən bəhs edib.
Sonra əyani materiallar əsasında məqalə və tezislərin hazırlanmasının elmi və texniki cəhətləri, elmi məqalədə problemin qoyuluşu, həlli, araşdırmanın giriş, nəticə və xülasə hissələrinin yazılması ilə bağlı bir çox məqamlara aydınlıq gətirilib. Eyni zamanda, mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər