
Quru onurğalıları laboratoriyasının elmi işçisi Elşad Əsgərov “Qırmızı kitab” növlərinin statusu” mövzusunda çıxış edərək kitaba salınacaq növlərin hansı kriteriyalar əsasında tərtib olunmasının zəruriliyini diqqətə çatdırıb.
İclasda, həmçinin digər elmi-təşkilati istiqamətlər də müzakirə olunub.
Xatırladaq ki, kitabın nəşrinə hazırlıq “Azərbaycan Respublikasının “Qırmızı kitab”nın III nəşri üzrə iş proqramı” haqqında AMEA Rəyasət Heyətinin 2020-ci il 14 fevral tarixli qərarına əsasən yerinə yetirilir və proqram 2020-2023-cü illəri əhatə edir.
Tehsil-press.az