
İclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə 2020-ci il martın 27-də AMEA-nın yaradılmasının 75 ilinin tamam olacağını söyləyib. Bildirilib ki, akademiyanın 75 illiyinin yüksək səviyyədə keçirilməsi məqsədilə Rəyasət Heyətinə təkliflər təqdim olunub və bunun əsasında tədbirlər planı tərtib edilib.
İclasda məsələ ətrafında müzakirələrdən sonra tədbirlər planı təsdiqlənib. Sənəddə nəzərdə tutulan işlərin həyata keçirilməsi ilə bağlı zəruri elmi, elmi-təşkilati və digər tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Tehsil-press.az