ABŞ-da koronavirusdan ölənlərin sayı 85-ə yüksəldi

ABŞ-da koronavirusdan ölənlərin sayı 85-ə yüksəldi ABŞ-da koronavirusdan ölənlərin sayı 85-ə yüksəlib, daha əvvəl 74 nəfərin öldüyü xəbər verilirdi. Bu barədə Con Hopkins Universitetindən məlumat verilib.
Bildirilib ki, koronavirusa yoluxanların sayı 4,6 mini ötüb. Son üç sutka ərzində bu say iki dəfə artıb.
Daha əvvəl Ağ Ev amerikalılara səfərləri təxirə salmağı, evdən işləməyi və restoran, bar və insanların toplaşdığı yerlərə getməməyi tövsiyə edib. Bu tövsiyələr 15 gün qüvvədə olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər