Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 1696 nəfərə çatdı

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 1696 nəfərə çatdı Çinin mərkəzində yerləşən Hubei əyalətində COVID-19 koronavirusundan ölənlərin sayı 1696 nəfərə çatdı.
Bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin xəbərində bildirilir.
Hubei əyalətində bütün dövr ərzində yeni növ koronavirusa yoluxanların sayı 58,1 min nəfər, xəstəlikdən sağalanların sayı isə 6639 nəfər təşkil edib.
Ötən gün 1596 nəfərin öldüyü, 56,2 min nəfərin virusa yoluxduğu bildirilirdi. Yenilənmiş məlumatlara görə, Hubey üzrə koronavirusdan rəsmi ölüm nisbəti 2,91 faizdir.

Tehsil-press.az

Oxşar xəbərlər