
Söhbət İsrail Səhiyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən 324 xəstə arasındakı 247 nömrəli pasientdən gedir.
Bildirilir ki, 22 yaşı olan şəxs virus daşıdığı halda, 4- 12 mart tarixlərində Təl-Əviv küçələrində dolaşıb. O, xəstəliyin inkubasiya dövründə daha çox avtobusla hərəkət edib, hava limanında, ticarət mərkəzində olub.
Nazirlik sosial şəbəkələrdə “7/24” ləqəbi qoyulan gəncin gəzdiyi hər yerin saatlarını açıqlayıb ki, həmin vaxt orda olan insanlar gəlib test versinlər.
Tehsil-press.az