ABŞ-da 6,3 bal gücündə zəlzələ olub
ABŞ-ın Aydaho ştatında 6,3 bal gücündə zəlzələ olub. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Boyse şəhərindən 151 kilometr şimali-şərqdə, ocağı isə 33 kilometr dərinlikdə yerləşib.
Mümkün dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Tehsil-press.az
- Baxış: 4062
Xəbərin tarixi: 01.04.2020 / 12:00
-
Oxşar xəbərlər