Aprelin 7-si üçün teledərslərin cədvəli müəyyənləşdirilib

Aprelin 7-si üçün teledərslərin cədvəli müəyyənləşdirilib “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 7-si üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.
Bu barədə Tehsil-press.az-a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Xatırladaq ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” (https://www.youtube.com/playlist… ) kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər