Gürcüstanda daha 12 nəfər koronavirusa yoluxdu

Gürcüstanda daha 12 nəfər koronavirusa yoluxdu Gürcüstanda daha 12 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 208-ə çatıb.
Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.
Açıqlamada bildirilib ki, ümumilikdə 3 nəfər xəstəlik səbəbindən həyatını itirib, 46 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 4,674 nəfərin karantinə alındığı, 362 nəfərin isə tibbi müşahidə altında saxlanıldığı qeyd olunub.
Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə epidemiyanın pik həddə aprel ayının ikinci yarısı çatacağı gözlənilir.
Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılması səbəbi ilə aprelin 21-nə qədər fövqəladə vəziyyət elan olunub.

Tehsil-press.az




Oxşar xəbərlər