Nyu-Yorkda koronavirusdan 27 polis əməkdaşı ölüb

Nyu-Yorkda koronavirusdan 27 polis əməkdaşı ölüb ABŞ-ın Nyu-York şəhərində yeni növ koronavirusdan daha iki polis əməkdaşı vəfat edib.
Bu barədə Nyu-York polisinin rəisi Dermot Şı öz "Twitter" səhifəsində yazıb.
D.Şı bildirib:
"Təəssüflə, adı Nyu-York polisi olan ailənin daha iki üzvünün öldüyünü bildirirəm".
Bununla da şəhərdə koronavirusdan ölən polis əməkdaşlarının sayı 27 nəfərə çatıb.
Qeyd edək ki, ABŞ-da yeni növ koronavirusa 637 mindən çox insan yoluxub, 31 minə yaxın artıq insan isə ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər