Nyu-Yorkda sutka ərzində 4,8 min nəfər koronavirusa yoluxub

Nyu-Yorkda sutka ərzində 4,8 min nəfər koronavirusa yoluxub ABŞ-ın Nyu-York ştatında sutka ərzində 4812 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Bu barədə mətbuat konfransı zamanı ştatın qubernatoru Endyu Kuomo bildirib.
Onun sözlərinə görə, ştatda koronavirusa yoluxanların sayı 15168 nəfərə çatıb.
Qubernator qeyd edib ki, yoluxma hallarından 9045-i Nyu-York şəhərində qeydə alınıb, ştatda koronavirusdan ölənlərin sayı 114 nəfər təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər