Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin regional şöbələri yaradılıb

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin regional şöbələri yaradılıb Prezident İlham Əliyev tərəfindən 2019-cu il aprelin 3-də imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi və məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlər davamı etdirilir.
Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyan həmin Fərmanla müəyyən edilmiş vəzifələrin icrası istiqamətində Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Ali Məhkəmə ilə birgə sistemli tədbirlər hazırlayaraq həyata keçirib.
Fərmanın 2-ci bəndində cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində dövlət başçısının tapşırıq və tövsiyələrinin icrası ilə əlaqədar Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişikliklər edilməsi haqqında qanun layihələri hazırlanaraq təqdim edilib.
Məhkəmələrdə dövlət ittihamının müdafiəsinin daha effektiv həyata keçirilməsi, əhalinin prokurorluğa müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə, Baş prokurorun 24 fevral 2020-ci il tarixli əmri ilə apellyasiya instansiyası məhkəmələrinin ərazi yurisdiksiyasına müvafiq olaraq Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturu yenidən təşkil edilmiş və idarənin tərkibində Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan regional şöbələri, eləcə də Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə və İttihamın təşkili və təhlili şöbələri təsis edilib.
Eyni tarixli sərəncamla Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində müsabiqə əsasında idarənin prokuror və böyük prokuroru vəzifələrinə təyinatlar həyata keçirilərək ştat tərkibi 44 faiz yenilənib.
Bununla yanaşı, cinayət işlərinə məhkəmələrdə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən “Elektron İttiham” proqramı hazırlanaraq istifadəyə verilib.

Tehsil-press.az

Oxşar xəbərlər