Koronavirus əleyhinə vaksinin sınağına başlanıldı

Koronavirus əleyhinə vaksinin sınağına başlanıldı Koronavirus əleyhinə vaksin hazırlayan Oksford Universitetinin tədqiqatçılarından ibarət komanda preparatı könüllülər üzərində test etməyə başlayıb.
Söhbət ChAdOx1 nCoV-19 adlı vaksindən gedir. O, şimpanzedəki virus əsasında yaradılıb və tərkibinə koronavirusun genetik kodunun hissəsi əlavə edilib. Bu cür texnologiya əvvəllər digər xəstəliklərə qarşı immunitetin yaranmasında effektivliyini sübut etmişdi.
“Bu gün Oksford Universitetinin vaksinlər üzrə qrupu vaksinin təhlükəsizliyi və yaxşı immunitet təmin etmə bacarığı barədə məlumat toplamaq üçün iki könüllünün üzərində onun tədqiqatına başlayıb”, - universitetin Tvitter hesabındakı paylaşımda yazılıb.

Tehsil-press.az

Oxşar xəbərlər