Bundesliqa klublarında 10 nəfərdə koronavirus aşkarlandı

Bundesliqa klublarında 10 nəfərdə koronavirus aşkarlandı Almaniya Futbol Federasiyası klubların koronavirus testinin nəticəsini açıqlayıb.
İlk sınaqda birinci və ikinci Bundesliqa təmsilçilərində oyunçu və klub işçiləri daxil olmaqla, ümumilikdə 1724 test edilib. Nəticələrə əsasən, 10 nəfərdə koronavirus aşkarlanıb.
Bu həftə ikinci sınağın olacağı vurğulanıb. Yeni yoluxma aşkarlanmasa, klublar qrup halında məşqlərini bərpa edə biləcəklər.
Əlavə olaraq oyunçuların könüllü olaraq testdən keçmək imkanının olacağı vurğulanıb. Komanda qrup məşqlərini bərpa etdikdən sonra futbolçuların həftədə iki dəfə koronavirus testindən keçirilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər