Tarix İnstitutunun alimləri onlayn konfranslarda iştirak edirlər

Tarix İnstitutunun alimləri onlayn konfranslarda iştirak edirlər Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun alimləri onlayn konfrans və seminarlarda iştirak edirlər.
Elmi müəssisənin şöbə müdiri İradə Bağırova “Bilik və ideoloji cəbhələr. İkinci Dünya müharibəsindən sonra Avropa və Qara dəniz regionu” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib. O, Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda “Azərbaycanda elm zamanın yol ayrıcında (1989-1991)” mövzusunda məruzə ilə çıxış edib.
Onlayn konfranslarda Tarix İnstitutunun alimləri Nigar Maksvell, İlqar Niftəliyev və Nərgiz Axundova da iştirak ediblər.
Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramovanın moderatorluğu və Tarix İnstitutunun elmi dəstəyi ilə onlayn seminarlar keçirilib. Bu seminarlar “1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımları” və “Azərbaycanda multikultural dəyərlər” mövzularına həsr olunub. Seminarlarda elmi müəssisənin alimləri Natiq Məmmədzadə, Vaqif Abışov, İradə Əliyeva və Nərminə Əmirbəyova məruzələrlə çıxış ediblər.
Bundan başqa, “Ermənilərin Azərbaycan xalqına qarşı deportasiya, etnik təmizləmə və soyqırımı cinayətlərinin tarixi coğrafiyası (1801-1994-cü illər)” kitabı üzərində iş gedir. Layihə rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, kitabın müəllifləri isə Y.Mahmudov və tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqovadır.

Tehsil-press.az


Oxşar xəbərlər