Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələri genişlənir

Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələri genişlənir Bişkek şəhərində Qırğızıstan Texniki Universitetinin Elektronika və Telekommunikasiya İnstitutunda telekommunikasiya ali məktəbləri rektorlarının konfransı keçirilib. Konfransda ölkəmizi Texniki Universitetin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov təmsil edib.
Konfransda Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan respublikalarının telekommunikasiya sahəsində mütəxəssis hazırlığını həyata keçirən ali məktəblərinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Professor Sübhan Namazov “Telekommunikasiya sahəsində kadr hazırlığında AzTU-nun rolu və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Səfər çərçivəsində iştirakçı universitetlərin nümayəndələri və Beynəlxalq Elektrorabitə İttifaqının proqram koordinatoru ilə görüşlər keçirilib, AzTU ilə birgə layihələr həyata keçirilməsi barədə müzakirələr aparılıb.

AzTU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər