
Konfrans çərçivəsində Y.Alxasov Ukraynanın bu ali təhsil müəssisəsində fəaliyyət göstərən BSU-nun Ukrayna-Azərbaycan Mədəniyyət Mərkəzində olub. BSU-nun nümayəndəsi mərkəzə yeni kitab və hədiyyələr təqdim edib. O, həmçinin Azərbaycanda ali təhsilin inkişaf istiqamətləri haqqında məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə norveçli qonaq, professor Yan Urban Sandal, ÇMTU-nun dosenti Anna Verbitskaya, dosent Anna Divniç, ukraynalı və xarici tələbələr iştirak ediblər.
Sonda Y.Alxasov iştirakçıların suallarını cavablandırıb.
Tehsil-press.az