BDU-da virtual elmi konfrans keçiriləcək
Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə mayın 20-21-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda respublika virtual elmi konfransı keçiriləcək.
Elmi konfrans “Microsoft Teams” platforması üzərindən onlayn formatda olmaqla, saat 12:00-da başlayacaq.
Virtual elmi konfransda iştirak etmək istəyənlər may 18-i saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.
Tehsil-press.az
- Baxış: 5898
Xəbərin tarixi: 12.05.2020 / 08:22
-
Oxşar xəbərlər