Sonra Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərovun Əmir Həbibzadənin həyat və yaradıcılığı barədə məruzəsi dinlənilib. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor Əli Əhmədov alimin ömür yolundan, elmimizə verdiyi dəyərli töhfələrdən, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında göstərdiyi xidmətlərdən bəhs ediblər.
Sonda ailə adından dosent Sevinc Rzayeva çıxış edərək tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Konfrans öz işini “Riyazi analiz”, “Funksional analiz və ehtimal nəzəriyyəsi”, “Diferensial tənliklər”, “Cəbr və həndəsə, riyaziyyat və onun tədrisi metodikası”, “Hesablama riyaziyyatı və mexanika” və “Optimal idarəetmənin riyazi üsulları” bölmələrində davam etdirib. Konfransda 126 məruzə dinlənilib.
Mətbuat və informasiya şöbəsi


