
Bu barədə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Mücahid məlumat verib. Bununla da Misirdə koronavirusa yoluxanların ümumi sayı 12 764-ə yüksəlib.
Son 24 saat ərzində daha 15 nəfər xəstəliyin qurbanı olub. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 645-ə çatıb.
Bundan əlavə, indiyədək 3 440 pasiyent sağalıb. Tibb müəssisələrində 8 679 nəfərin müalicəsi davam etdirilir. Onlardan 41-nin vəziyyəti ağır qiymətləndirilir.
Tehsil-press.az