Kanadada koronavirusa yoluxanların sayında rekord göstərici

Kanadada koronavirusa yoluxanların sayında rekord göstərici Kanadada son sutka ərzində koronavirusa yoluxanların sayı 1 711 nəfər artaraq 30 092-yə yüksəlib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Daha əvvəlki rekord aprelin 2-də qeydə alınmışdı. Belə ki, sutka ərzində 1 655 nəfər koronavirusa yoluxmuşdu.
487,6 minə yaxın insan koronavirus testindən keçib. Daha çox yoluxma Kvebek (15 857), Ontario (8 961) və Alberta (2 158) əyalətlərində qeydə alınıb.
Kanadada koronavirusa ilk yoluxma halı yanvarın 15-də qeydə alınıb. İndiyədək ölkədə 1 193 pasiyent vəfat edib, 9,7 min insan sağalıb.

Tehsil-press.az




Oxşar xəbərlər