
Onlayn tədbirdə muzeyin Təhsil şöbəsinin müdiri Kəmalə Nuriyeva “Ədəbiyyatın tədrisində və tanıdılmasında muzeylərin rolu”, kiçik elmi işçi Gülsəba Həsənova “Nizami Muzeyi – mədəni irsin qorunduğu sərvətlər xəzinəsi” və doktorant Fatimə Süleymanova “Beynəlxalq Muzeylər Günü Nizami Muzeyinin virtual ekspozisiyasında” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlarda Beynəlxalq Muzeylər Gününün təsis tarixi və məqsədi, Azərbaycanda bu günün qeyd olunması formaları, COVID-19 səbəbindən Nizami Muzeyinin ekspozisiyasının virtual nümayişi, muzeyin tarixi, memarlıq xüsusiyyətləri, fondları və şöbələri haqqında məlumat verilib. Həmçinin muzeylərin tədrisdə rolu qeyd edilib, onların ədəbiyyatın öyrənilməsində əhəmiyyəti vurğulanıb.
Tehsil-press.az