AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi sosial təcrid və xüsusi karantin rejimində elmi fəaliyyəti davam etdirir. Muzeyin 80 illiyi ilə əlaqədar 2020-ci ilin sonunda keçiriləcək “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiq və regional mədəni transferdə rolu” mövzusunda beynəlxalq konfransa hazırlıq işləri görülür. Bu məqsədlə nəşr olunacaq kitablar silsiləsi üzərində işlər davam etdirilir. Bununla yanaşı, muzeyin cari ildə nəşr olunması nəzərdə tutulan kitabları da hazırlanır. Onlardan bəziləri artıq çapa hazır vəziyyətdədir. Qurumun əməkdaşları muzeyin 80 illik yubileyi ilə əlaqədar öz konkret araşdırmaları üzərində işlərini də davam etdirirlər. Müəssisənin kollektivi ilə rəhbərlik mütəmadi əlaqə saxlayaraq prosesləri koordinasiya edir.
Həmçinin muzeyin Xaqani Şirvani adına Aran regional filialı, Xurşidbanu Natəvan adına Qarabağ filialı və Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzinin əməkdaşları bir aylıq əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.
Muzeyin direktoru akademik Rafael Hüseynovun müəllifi olduğu “Axşam görüşləri” verilişi Azərbaycan Radiosu ilə hər həftə efirə çıxır. Martın 31-də isə R.Hüseynovun “İblisin etirafı” adlı yeni radiopyesi səsləndirilib. Bundan əlavə, akademik R.Hüseynov Avropa Şurasının “Avropa naminə liberal demokratların alyansı” adlı siyasi qrupunun Strasburqda keçirilən virtual iclasında çıxış edib. Alim, həmçinin Milli Məclisin Elm və təhsil komitəsinin virtual iclaslarında iştirak edib, qanun layihələrinə münasibət bildirib.
Tehsil-press.az