Rusiya ilə sərhəddə qalan azərbaycanlılar ölkəyə buraxıldı

Rusiya ilə sərhəddə qalan azərbaycanlılar ölkəyə buraxıldı 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub.
Bunu REAL TV-yə açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.
O bildirib ki, hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib.
"İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhədi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib.
O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək istəyən 600-dən çox adam var.

Tehsil-press.az

Oxşar xəbərlər