Ukraynada iyunun 5-dən etibarən kafe və restoranlar açılacaq, yaşlılar üçün özünü təcridetmə rejimi ləğv ediləcək.
Ukraynanın Nazirlər Kabineti 5 iyun tarixindən etibarən ictimai iaşə müəssisələrinin fəaliyyətinə, xüsusən müştərilərin qapalı məkanlarda qəbuluna (koronavirusla bağlı təhlükəsizlik tədbirləri nəzərə alınmaqla) icazə verib. Həmçinin 60 yaşdan yuxarı insanlar üçün qoyulan karantin qaydaları da ləğv edilib.
Müvafiq qərar çərşənbə günü keçirilən iclasda qəbul edilib. Bundan əlavə, 5 iyun tarixindən etibarən qapalı məkanlarda beş metr məsafə saxlanılması şərti ilə dini tədbirlərin keçirilməsinə icazə veriləcək.
Qeyd edək ki, daha əvvəl Ukraynanın 15 iyun tarixindən etibarən beynəlxalq uçuşları bərpa edəcəyi açıqlanmışdı.
Tehsil-press.az