
Bu barədə Avstriya Sosial İşlər, Səhiyyə, İstehlakçıların Hüquqlarını Müdafiə Nazirliyinin fərmanında bildirilib.
Artıq əhaliyə ictimai yerlərdə ətrafdakılardan bir metr məsafədə olmaq, küçələrdə 10-dan çox nəfərdən ibarət qrupa toplaşmamaq, ictimai yerlərdə otaqda qoruyucu maskalar taxmaq əmri verilib.
Kütləvi tədbirlər keçirmək hələ də qadağandır.
14 aprel tarixindən etibarən Avstriya tədbirlərin yumuşaldılmasının birinci mərhələsində eyni vaxtda məhdud sayda alıcının olması şərti ilə kiçik dükanlar, tikinti və bağçılıq bazarları açıb. İkinci mərhələdə böyük mağazalar və xidmət müəssisələri açılır: bərbərxanalar, studiyalar, masaj salonları və s.
Tehsil-press.az