DİM: Şagirdlər həftənin sonuna qədər “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər

DİM: Şagirdlər həftənin sonuna qədər “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər İyunun 6-da və 7-də imtahan verən şagirdlər həftənin sonuna qədər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
İyunun 3-ü saat 17:00-a olan məlumata əsasən, qeyd olunan tarixlərdə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 97 faizi, Azərbaycan dili imtahanı verənlərin 51 faizi, 9-cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 86 faizi DİM-in saytında yerləşdirilən “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.
Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır.

Tehsil-press.az

Oxşar xəbərlər