BDU-da virtual elmi konfrans keçiriləcək
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə iyunun 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları” mövzusunda Respublika virtual elmi konfransı keçiriləcək.
Elmi konfrans “Microsoft Teams” platforması üzərindən onlayn formatda saat 12:00-da başlayacaq.
Konfransda iştirak etmək istəyənlər iyunun 8-i saat 17:00-dək “[email protected]” ünvanına müraciət edə bilərlər.
Tehsil-press.az
- Baxış: 5262
Xəbərin tarixi: 08.06.2020 / 09:57
-
Oxşar xəbərlər