Nyu-Yorkda komendant saatı ləğv edildi

Nyu-Yorkda komendant saatı ləğv edildi ABŞ-ın Nyu-York şəhərində komendant saatı ləğv olunub. Bu barədə şəhər meri Bill de Blazio Tvitter səhifəsində yazıb.
“Dünən və ötən gecə şəhərimizin sakinləri daha yaxşı nümunə göstərdilər”, - deyə Blazio qeyd edib.
Xatırladaq ki, mayın 25-də Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-ın ayrı-ayrı şəhərlərində irqçilik əleyhinə aksiyalar başlayıb.
Qeyd edək ki, Nyu-Yorkda komendant saatı iyunun 2-dən tətbiq olunub.

Tehsil-press.az

Oxşar xəbərlər