Təhsilimizin pandemiya şəraitindəki durumu müzakirə edilib

Təhsilimizin pandemiya şəraitindəki durumu müzakirə edilib “İdrak” liseyinin müəllim və yuxarı sinif şagirdlərindən ibarət heyətin Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri ilə onlayn rejimdə görüşü keçirilib.
İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, məsul katibi İlqar Orucov, Şura üzvləri - Əməkdar müəllim, təhsil eksperti Asif Cahangirov, Respublika Təhsil Şurasının sədri Hikmət Əlizadə, təhsil üzrə məsləhətçi Elmina Kazımzadə, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mais Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadənin iştirakı ilə baş tutan virtual konfransda təhsilimizin pandemiya şəraitində və ondan sonrakı dövrünün vəzifələri geniş müzakirə olunub.
Tədbirdə liseyin fəaliyyətinə dair videoçarx nümayiş olunub. Sonra liseyin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov son illərdə kollektiv tərəfində görülən işlər, qazanılan uğurlar, distant təhsillə bağlı tətbiq edilən yeniliklər barədə məlumat verib.
İki saatdan artıq qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşün sonunda İctimai Şuranın üzvləri görülmüş işlərdən, maraqlı tərəflərlə birgə əməkdaşlıq və tərəfdaşlıqdan danışıb, müəllim və şagirdlərin suallarını cavablandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər