SMS-lə icazə alıb parka gedə bilərik? - Video

SMS-lə icazə alıb parka gedə bilərik? - Video "Öncəki məhdudiyyətlərdən fərqli olaraq, SMS-icazə vasitəsiylə çıxışa icazə verilən müddətdə park, bulvar açıq olduğuna görə insanlar ora gedə biləcəklər".
Bunun TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.
Qurum rəhbəri bildirib ki, bunun üzərində işlənilir:
"Yəqin ki, digər qurumlarımız tərəfindən əlavə məlumatlar veriləcək. Saatları insanların bir arada sıx toplaşmaması baxımından tənzimlənəcək şəkildə icazə mümkün olacaq. Necə ki, SMS vasitəsiylə alış-verişə çıxdığımız müddət müəyyən olunurdu, həkimə gedib-gəlməyimiz müəyyən olunurdu, məsələyə bu çərçivədə yanaşılacaq. Sabah əlavə məlumat və geniş izahatı veriləcək".



Tehsil-press.az

Oxşar xəbərlər