Qazaxıstanda 3 mindən çox sayt bloklanıb

Qazaxıstanda 3 mindən çox sayt bloklanıb 2019-cu ildə Qazaxıstanda təxminən 3,2 min sayt qanunsuz elan olunaraq respublikadakı radikal meyllərə qarşı mübarizə çərçivəsində bloklanıb.
Bu barədə Qazaxıstanın İnformasiya və İctimai İnkişaf naziri Aidə Balayeva açıqlama verib: “2019-cu ildə 5300-dən çox İnternet resursu təhlil edilib, onlardan 3200-ü qanunsuz elan edilərək bağlanılıb”.
O qeyd edib ki, bu sahədə ən vacib olan əhalidə radikal cərəyanlara qarşı immunitet yaratmaq və ölkədə dinlərarası münaqişələrin qarşısını almaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər