“EduHack” hakatonuna qeydiyyat davam edir

“EduHack” hakatonuna qeydiyyat davam edir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və SUP.VC şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək “EduHack” hakatonuna qeydiyyat davam edir.
Budəfəki hədəf universitet tələbələri, məzunlar, eləcə də təhsil sahəsində çalışanlardır. Yarışmada innovativ düşüncəli, təşəbbüskar, komanda ilə işləməyi bacaran, inkişafa meyilli gənclər iştirak edə bilərlər.
Hakatonda innovativ yollardan istifadə edərək distant təhsildəki çatışmazlıqların aradan qaldırılması üçün iştirakçılar 3 gün ərzində (iyulun 31-dən avqustun 2-dək) öz təşəbbüsləri üzərində işləyəcəklər. Onlar bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər.
Mükafat fondu 6000 manatdır. Birinci yerə 3000, ikinci yerə 2000, üçüncü yerə 1000 manat veriləcək.
Distant təhsildə yaranan problemlərin aradan qaldırılması məqsədilə hər bir gənc öz ideyalarını reallaşdıra bilər.
Qeydiyyat üçün https://www.facebook.com/events/1139001009789487/ linkindən istifadə etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər