UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant tədrisin mövcud vəziyyəti və perspektivləri diqqət mərkəzindədir.
Martın 12-dən başlanılan distant dərslər tədris ilinin əvvəlində təsdiqlənmiş təqvim planına uyğun olaraq aparılır. Vurğulanıb ki, UNEC-də distant dərslərin uğurlu tədrisi nəzərə alınaraq, yekun dövlət attestasiyasının və magistrantların dissertasiya müdafiəsinin də distant aparılması mümkündür. Təhsilalanların biliyinin distant qiymətləndirilməsi üçün “UNEC Ekstern”də beynəlxalq standartların bütün tələblərinə cavab verən infrastruktur və texniki imkanlar mövcuddur. Qeyd olunub ki, xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə məsləhət saatları təşkil olunmaqla imtahanlar distant keçirilə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər