
Parlamentin qərarına əsasən, Misir Silahlı Qüvvələrinə və Daxili İşlər Nazirliyinə terrorçularla mübarizə və ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində xüsusi səlahiyyətlər verilir. Bu ölkədə fövqəladə vəziyyət 2017-ci ilin aprelində - terrorçuların iki kilsəyə hücumu nəticəsində onlarla insanın ölməsindən sonra tətbiq edilib. Misir Konstitusiyasına əsasən, bu rejim hər üç aydan bir uzadılır.
Bundan başqa, Misir mətbuatının yaydığı xəbərdə bildirilib ki, parlamentin iyulun 20-də keçirilən qapalı iclasında ölkə konstitusiyasının 152-ci maddəsinə əsasən, Prezidentə Liviyaya qoşun kontingenti göndərmək səlahiyyəti verilib.
Tehsil-press.az