
Tehsil-press.az bildirir ki, bunu Misirin baş prokuroru Nabil Sadek bəyan edib.
Baş prokuror qeyd edib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir Prezidentini öldürməyi planlaşdırırmış. Sui-qəsd cəhdlərindən birinin Misir Prezidentinin Məkkədə ümrə ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulurmuş.
Misir Hərbi Prokurorluğu tərəfindən istintaqı aparılan cinayət işi çərçivəsində onlarla şübhəli saxlanılıb.
Tehsil-press.az